Medianews.az
Hörmüz ətrafında 3 mindən çox gəmi
129 baxış

Hörmüz ətrafında 3 mindən çox gəmi keçid gözləyir

İran ABŞ və İsrail arasında Hörmüz boğazı ətrafında təxminən 3,2 min gəmi təhlükəsiz keçid gözləyir.

Medianews.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, onların 800-ü tanker və quru yük gəmiləridir. Təhlükəsiz keçidi gözləyən dənizçilərin sayı 20 minə yaxındır.

ABŞ prezidenti Donald Trump aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər mübahisəli məsələlərin demək olar ki, hamısını həll edib və Vaşinqton gələcək danışıqlar üçün Tehran tərəfindən irəli sürülmüş 10 bəndlik təklifləri nəzərdən keçirir. Amerika lideri qeyd edib ki, bu qərar İranın Hörmüz boğazı açmağa hazır olması fonunda qəbul olunub.

Tehranda isə öz növbəsində bildirilib ki, İslam Respublikasına qarşı zərbələr endirilmədiyi təqdirdə “müdafiə xarakterli hücumlar” dayandırılacaq. Tərəflər arasında vasitəçi olan Pakistanın baş naziri Şahbaz Şərif onları İslamabad şəhərində danışıqlara dəvət edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.//Trend

Bizə qoşulun