Medianews.az
Hüseyn Həsənov evini bir
99 baxış
Yüklə

Hüseyn Həsənov evini bir peçenyeyə satıb?

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun işi üzrə məhkəmədə maraqlı detallar açıqlanıb.

Medianews.az xəbər verir ki, iş üzrə şahid qismində çıxış edən şəxs bildirib ki, bloger ona "Moskva-Siti"də yerləşən mənzili formal şəkildə "peçenye" qarşılığında satıb.

Şahidin sözlərinə görə, Həsənov ona daşınmaz əmlakı öz adına rəsmiləşdirməyi təklif edib. Kişi bir neçə dəfə bu təklifi rədd etmək istəsə də, bloger dövlət qarşısında borcunun olmadığını təsdiqləyən sənədlər təqdim edib.

Bildirilir ki, ödəniş bank seyfi vasitəsilə həyata keçirilməli idi. Lakin şahid iddia edir ki, pul əvəzinə seyfə "peçenye" qoyulub.

Müqavilədə isə mənzilin qiyməti 60 milyon rubl göstərilib. Sövdələşmədə blogerin qardaşı Ənvər Həsənov etibarlı şəxs kimi iştirak edib.

Xatırladaq ki, bu ilin fevralında prokurorluq Hüseyn Həsənov barəsində cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuma) ittihamı üzrə ittiham aktını təsdiqləyib. Bloger qiyabi olaraq həbs edilib və axtarışa verilib.

Həsənov isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir.//BAKU.WS

Bizə qoşulun