Medianews.az
İkardi Vətəninə
77 baxış

İkardi Vətəninə qayıda bilər

“Qalatasaray”la müqaviləsi mövsümün sonunda başa çatacaq Mauro İkardinin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Medianews.az xəbər verir ki, argentinalı hücumçu karyerasını ölkəsində davam etdirə bilər. “River Pleyt” yayda azad agent statusunda olacaq 33 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Klub təmsilçisinin artıq İkardi ilə ilkin danışıqlara başladığı bildirilir. Təcrübəli futbolçunun “River Pleyt”ə keçid variantına isti yanaşdığı iddia olunur.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Argentinalı futbolçu İstanbul klubunun heyətində meydana çıxdığı 132 oyunda 77 qol vurub və 24 məhsuldar ötürmə edib.//Teleqraf

Bizə qoşulun