Medianews.az
“İlin mətbuat fotosu” mükafatı təqdim olundu -
103 baxış

“İlin mətbuat fotosu” mükafatı təqdim olundu - FOTO

ABŞ-də miqrant ailəsinin ayrıldığı anı əks etdirən foto “İlin mətbuat fotosu” (“World Press Photo”) mükafatının qalibi olub.

Medianews.az xəbər verir ki, kadrı fotoqraf Kerol Quzi çəkib. Foto miqrasiya siyasətinin insani tərəfini yenidən gündəmə gətirib.

Şəkildə Ekvadordan olan ailənin dramı əks olunur: immiqrasiya əməkdaşları Luis adlı atanı saxlayarkən ailə üzvləri onu buraxmamağa çalışır. Foto Nyu-Yorkda məhkəmə binası yaxınlığında çəkilib və ailələrin ayrıldığı anları göstərir.

Münsiflər heyəti Qyzuninin eyni mövzuda çəkdiyi silsilədən məhz bu kadrı seçib. Fotoqraf bildirib ki, belə anların sənədləşdirilməsi cəmiyyətin məlumatlandırılması və məsuliyyətin təmin olunması baxımından vacibdir.

Təşkilat rəhbərliyi qalib işi müstəqil fotojurnalistikanın əhəmiyyətini göstərən güclü nümunə kimi qiymətləndirib.

 Medianews.az

 

Bizə qoşulun