Medianews.az
İmtahan nəticəsi faciəyə səbəb oldu -
101 baxış

İmtahan nəticəsi faciəyə səbəb oldu - Ağır cinayət

Hindistanda iki gəncin iştirakı ilə ağır cinayət hadisəsi baş verib. İmtahandan kəsilən məktəbli və onun 19 yaşlı tanışı 16 yaşlı qızı oğurlayaraq təcavüz ediblər.

Medianews.az xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Kanpur şəhərində baş verib.

Zərərçəkmiş yalnız növbəti gün axşam saatlarında sərbəst buraxılıb və hadisə barədə danışacağı təqdirdə ailəsinə zərər yetiriləcəyi ilə hədələnib. Bu vaxtadək qızın ailəsi artıq polisə müraciət edib.

Araşdırma zamanı məlum olub ki, hadisədən əvvəl imtahan nəticələri açıqlanıb: zərərçəkmiş yüksək nəticə göstərdiyi halda, onu tanıyan məktəbli imtahandan kəsilib.

Faktla bağlı cinayət işi açılıb. 19 yaşlı şəxs həbs edilib, azyaşlı isə xüsusi tərbiyə müəssisəsinə göndərilib.

Medianews.az

Bizə qoşulun