Medianews.az
Məşhur aktrisa son mənzilə yola salındı -
119 baxış

Məşhur aktrisa son mənzilə yola salındı - FOTOLAR

Türkiyənin tanınmış aktrisası Ece İrtem son mənzilə yola salınıb.

Medianews.az xarici xəbər verir ki, 35 yaşında vəfat edən aktrisa Aydın vilayətinin Kuşadası rayonunda dəfn olunub.

Mərasimdə onun ailə üzvləri, yaxın dostları, sənət yoldaşları və çoxsaylı pərəstişkarları iştirak ediblər.

Məlumata görə, Ece İrtem iyunun 15-də İstanbulun Kadıköy rayonundakı evində ölü tapılıb. İlkin ehtimallara əsasən, aktrisanın ürəktutmadan həyatını itirdiyi bildirilir. Ölüm səbəbinin dəqiqləşdirilməsi üçün ekspertiza araşdırmaları davam edir.

Kuşadasındakı Hatice Hanım məscidində qılınan cənazə namazından sonra aktrisa Yeniköy qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə aktyor Gürkan Uygun da iştirak edərək İrtemin vaxtsız ölümü ilə bağlı dərin kədər hissi keçirdiklərini bildirib.

Qeyd edək ki, Ece İrtem “Kızılcık Şerbeti”, “Kuruluş Osman”, “Payitaht Abdülhamid”, “Mahkum”, “Kertenkele” və “Yeni Gelin” kimi məşhur seriallardakı rolları ilə tanınırdı.

Medianews.az











Bizə qoşulun