Medianews.az
Köçəryanın toxunulmazlığı
115 baxış

Köçəryanın toxunulmazlığı LƏĞV EDİLDİ

Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun müxalifət bloku olan "Ermənistan"ın rəhbəri və ölkənin keçmiş prezidenti, parlament seçkilərində namizəd Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsi və onun məsuliyyətə cəlb edilməsi barədə tələbini təmin edib.

Medianews.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Mərkəzi Seçki Komissiyası Robert Köçəryanın toxunulmazlığından məhrum edilməsinə və cinayət təqibinin başlanmasına razılıq verib. İş 2004-cü ildən 2009-cu ilə qədər olan dövrə, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasına aiddir", - deyə Köçəryanın vəkili jurnalistlərə bildirib.

Bizə qoşulun