Medianews.az
Qəfil vəfat edən məşhur aktrisanın son görüntüləri yayıldı -
111 baxış

Qəfil vəfat edən məşhur aktrisanın son görüntüləri yayıldı - VİDEO

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Ece İrtemin vəfatı sənət aləmində dərin kədər yaradıb. 35 yaşında dünyasını dəyişən aktrisanın ölümündən qısa müddət əvvəl lentə alınmış son görüntüləri yayılıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, görüntülərdə Ece İrtemin anası və yaxın dostu ilə birlikdə kafedə olduğu, geri qayıdarkən isə anasının dəstəyi ilə yeridiyi görünür.

Aktrisanın yaxın rəfiqəsi Cansu Gültekin sosial şəbəkədə paylaşdığı emosional mesajında Ece İrtemin son dövrlərdə yaşadığı itkilərin ona ağır təsir etdiyini bildirib. Onun sözlərinə görə, aktrisa yaxın ətrafında baş verən itkilər səbəbindən dərin kədər yaşayırdı.

Eyni zamanda, Ece İrtemin spirtli içki və antidepressant qəbul etməsi ilə bağlı yayılan iddialar ailə vəkilinin açıqlaması ilə təkzib edilib. Vəkil bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, "Kızılcık Şerbeti" serialındakı rolu ilə tanınan Ece İrtem İstanbulun Kadıköy rayonundakı evində ölü tapılıb. Onun ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir.

Medianews.az

Bizə qoşulun