Medianews.az
İndoneziyada helikopter qəzası: Səkkiz ölü -
82 baxış

İndoneziyada helikopter qəzası: Səkkiz ölü - VİDEO

İndoneziyanın Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində radarlardan itən "Airbus H130" helikopteri qəzaya uğrayıb və göyərtədə olanların heç biri sağ qalmayıb.

Bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafinin sözlərinə görə, vertolyotun qəzaya uğradığı yer sərt qayalıq relyefə malik sıx meşəlik ərazidir. O əlavə edib ki, helikopterin göyərtəsində altı sərnişin və iki heyət üzvü olub.

Qeyd edək ki, yerli "Matthew Air Nusantara" aviaşirkətinə məxsus olan helikopter aprelin 16-da günorta saatlarında bölgə daxilindəki yaşayış məntəqələri arasında uçuş həyata keçirirdi. Havaya qalxdıqdan bir müddət sonra onunla əlaqə kəsilib. İndoneziya rəsmiləri ehtimal edilən itkin düşmə zonasına 20-yə yaxın xilasedici yönləndirib. Əməliyyata ölkənin hərbi hava qüvvələri də cəlb edilib./oxu.az

Bizə qoşulun