Medianews.az
İnnovasiya betona yox, beyinə investisiya
58 baxış

İnnovasiya betona yox, beyinə investisiya tələb edir!

Əvvəlcə innovasiya olmalıdır, sonra “innovasiya şəhərciyi” yaradıla olar. İnnovasiyalar isə Universitetlərdə yaradılır, əgər universitetlərə investisiya edilərsə.

KİV -lər yazır ki, ETN indi də “İnnovasiya şəhərciyi” tikir.

Ölkədə innovasiya yaradılırmı?

30 ildir ki, Universitetlərdə elmin inkişafına, inkişaf yönlü layihələrə, innovasiyalara, rəqəmsallaşmaya maliyyə ayrılmır, qrantlar verilmir, təhsil və insan kapitalı çox zəiflıyib.

ETN indi də “İnnovasiya şəhərciyi” tikir.

Ölkədə innovasiya yaradılırmı?

30 ildir ki, Universitetlərdə elmin inkişafına, inkişaf yönlü layihələrə, innovasiyalara, rəqəmsallaşmaya maliyyə ayrılmır, qrantlar verilmir, təhsil və insan kapitalı çox zəiflıyib.

Ölkədə hələ də normal milli innovasiya sistemi, müasir innovasiya siyasəti yoxdur.

Amma eyni zamanda “innovasiyalar şəhərciyi”nin tikilməsinə 10, bəlkə də 100 milyonlar sərf edilir.

Elmi layihələrə, tədqiqatlara, innovativ ideyalara, innovativ təhsilə investisiya edilmədən, yalnız betona investisiya etməklə innovasiyalar ola bilərmi?

İnnovasiyalar olmasa, bu “innovasiya şəhərciyİ”nə nə ehtiyac?

Bütün bu xərclərin 10 %-ni rəqəmsal platformalar üzərindən olan layihələrə sərf edərək, qalan 90% pulu da real, innovativ inkişaf ideyalarına sərf edərək, bəlkə də konkret nəticələr əldə etmək olardı.

ETN təmir- tikintidən nə vaxt əl çəkib, elm və təhsillə məşğul olacaq, normal investisiya siyasəti edəcək?

Bu “innovasiya şəhərciyi” 15 il əvvəl 600 milyona tikilən və istifadəsiz qalan “Olimpiya stadionu” kimi səmərəsiz olacaqdır.

Bu investisiya qeyri neft sektoruna tam faydasız olacaqdır, STP kimi./Gununsesi.info

Bizə qoşulun