Medianews.az
Yüzlərlə yük avtomobili sərhəddə qaldı -
66 baxış

Yüzlərlə yük avtomobili sərhəddə qaldı - VİDEO

Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük buraxılış məntəqəsinin qarşısında bir neçə gündür yük avtomobillərinin uzun növbəsi yaranıb.

Medianews.az Baku TV-yə istinadən xəbər verir ki, hazırda yüzlərlə avtomobil buraxılış məntəqəsindən keçmək üçün sıraya düzülüb. Sürücülər şəraitin ağır olduğunu bildirirlər.

"Gecə yatmamışıq. Yeməkxana yoxdur, tualet yoxdur, ümumiyyətlə, heç bir şərait yoxdur. Park yerləri yaradılsa da, insanlar küçələrdə qalırlar. Yük xarab olur, gecikir. Bütün bunlar zərərdir", - sürücülərdən biri deyib.

Digər sürücü isə bildirib: "Biz bir həftədir buradayıq. "Qırmızı körpü"dən çıxmışıq, bir həftədir yollardayıq. Təxminən 20 kilometr uzunluğunda növbə var. İnsanlar gecə-gündüz burada qalırlar, nə tualetə gedə bilir, nə də su tapa bilirlər. Artıq 16 saatdır yuxusuzam".

Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində yerləşən "Samur", "Xanoba" və "Şirvanlı" gömrük postlarından yük nəqliyyat vasitələrinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir və hazırkı şəraitdə buraxılışla bağlı hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir.

Bizə qoşulun