“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays “Atletiko Madrid”lə oyundan sonra hakimə ünvanladığı tənqidlərə görə UEFA tərəfindən ciddi cəzalandırıla bilər.
Medianews.az xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu “The Times” nəşri məlumat yayıb.
Aprelin 29-da Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında baş verən hadisələr futbolçunun diskvalifikasiya edilməsi təhlükəsini yaradıb.
Mənbənin bildirdiyinə görə, UEFA bu çıxışına görə ingiltərəli futbolçuya qarşı intizam işi aça bilər. Əgər qərar qüvvəyə minsə, Raysın mayın 5-də Londonda keçiriləcək cavab qarşılaşmasını buraxmaq ehtimalı var.
Xatırladaq ki, 1:1 hesabı ilə başa çatan oyunun 82-ci dəqiqəsində baş hakim Dani Makeli VAR sisteminə baxdıqdan sonra “Atletiko”nun qapısına təyin etdiyi penaltini ləğv edib./Qafqazinfo