Medianews.az
İnsult zamanı edilən
93 baxış

İnsult zamanı edilən 3 təhlükəli SƏHV

Böyük Britaniyalı terapevt Nayla Aslam və İnsultla Mübarizə Assosiasiyasının nümayəndəsi Emili Herd insult zamanı ilk yardımda yol verilən 3 təhlükəli səhvi açıqlayıblar.

Medianews.az xəbər verir ki, həkimlərin sözlərinə görə, ilk növbədə insult keçirən şəxsə heç bir qida, su və dərman vermək olmaz. Çünki bu vəziyyətdə udma problemi yarana bilər və boğulma riski artır.

İkinci vacib xəbərdarlıq odur ki, xəstəni özbaşına xəstəxanaya aparmağa çalışmaq təhlükəlidir — vəziyyət yolda kəskinləşə bilər və təcili tibbi yardım tələb oluna bilər.

Üçüncü səhv isə simptomların öz-özünə keçəcəyini gözləməkdir. Mütəxəssislər bildiriblər ki, əlamətlər keçsə belə, dərhal tibbi müayinə vacibdir.

İnsult tibbi təcili vəziyyət sayılır və vaxtında yardım həyat qurtara bilər.

Medianews.az

Bizə qoşulun