Vaşinqton İranın ABŞ-ın hərbi gəmisini raketlə vurması xəbərini təkzib edib.
Bu barədə "Axios"un əməkdaşı Barak Ravid "X" hesabında yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
14:19
İran ABŞ-yə məxsus hərbi gəminin iki raketlə vurulduğunu iddia edib.
Medianews.az xəbər verir ki, bununla bağlı İran mediası məlumat yayıb.
Məlumata görə, Hörmüz boğazı istiqamətində hərəkət edən gəmi İranın xəbərdarlıqlarına məhəl qoymayıb və nəticədə hədəfə alınıb. Bildirilir ki, gəmi bölgədən uzaqlaşdırılıb və boğaza girişinin qarşısı alınıb.
Hadisə ilə bağlı ABŞ tərəfinin rəsmi təsdiqi yoxdur.
Medianews.az