Medianews.az
İran İsrailə kamikadze dronlarla
150 baxış

İran İsrailə kamikadze dronlarla hücum etdi

İran İsraildə bir neçə hərbi və təhlükəsizlik obyektini hədəf alan yeni kamikadze dron hücumu həyata keçirib.

Medianews.az xəbər verir ki, bununla bağlı Fransanın AFP agentliyi məlumat yayıb.

Məlumatına görə, İran ordusu müharibənin 13-cü günündə İsrailə məxsus hərbi obyektləri hədəf aldığını açıqlayıb. Bildirilir ki, hücum zamanı Təl-Əviv yaxınlığındakı Palmahim hava bazası, ölkənin cənubunda yerləşən Ovda hava bazası və İsrailin daxili təhlükəsizlik xidməti Şin Betin qərargahı hədəf seçilib.

İran dövlət televiziyasında yayımlanan açıqlamada qeyd olunub ki, sözügedən obyektlər İran ordusuna məxsus pilotsuz uçuş aparatları ilə vurulub.

Eyni zamanda İsrail ordusu da İran ərazisində yeni və genişmiqyaslı hava zərbələri dalğasına başladığını bəyan edib.

Medianews.az

Bizə qoşulun