Medianews.az
İran müharibəsində həlak olan amerikalıların SAYI ARTDI
177 baxış

İran müharibəsində həlak olan amerikalıların SAYI ARTDI

Fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə həlak olan amerikalı hərbçilərin sayı 11 nəfərə çatıb.

Medianews.az bildirir ki, hərbçilərdən 6-sı martın 1-də İranın Küveytə endirdiyi hava zərbəsində həyatını itirib.

Həmin vaxt Səudiyyə Ərəbistanına zərbə zamanı yaralanan bir amerikalı hərbçi isə az sonra xəstəxanada dünyasını dəyişib.

Qalan 4 hərbçi martın 13-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yanacaqdoldurma təyyarəsinin İraq səmasında qəzaya uğraması nəticəsində ölüb. Təyyarənin göyərtəsində altı nəfər olub. İtkin düşmüş iki nəfərin axtarışı davam edir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edir ki, təyyarə qəzası İrana qarşı həyata keçirilən əməliyyat çərçivəsində qeydə alınıb. Amma qəzanın “düşmən və ya dost atəşi” nəticəsində baş vermədiyi vurğulanır.

Medianews.az

Bizə qoşulun