Medianews.az
İran rəsmiləri Müctəba Xamenei ilə bağlı iddiaları
108 baxış

İran rəsmiləri Müctəba Xamenei ilə bağlı iddiaları TƏSDİQLƏDİ

ABŞ, İsrail və İran arasında davam edən müharibə fonunda İranın yeni dini lideri Müctəba Xameneinin hücum zamanı yaralandığı iddia olunur.

Medianews.az xəbər verir ki, İran rəsmisi bildirib ki, Xamenei hücumlar zamanı yüngül xəsarət alıb, lakin vəzifəsini icra etməyə davam edir.

Bu barədə məlumatı İran rəsmisi Reuters agentliyinə açıqlamasında verib. Bildirilib ki, Xameneinin səhhəti stabildir və ölkənin rəhbərliyini davam etdirir.

ABŞ mətbuatında daha əvvəl yayılan xəbərlərdə isə Müctəba Xameneinin ABŞ-ın İrana ilk hücumları zamanı ağır yaralandığı və ya öldüyü iddia olunmuşdu. Lakin İran tərəfi bu məlumatları təkzib edərək onun yalnız yüngül yaralandığını açıqlayıb.

Məlumata görə, davam edən müharibə zamanı Xameneinin ailəsi ciddi itkilərlə üzləşib. Hücumlar nəticəsində onun atası, İranın əvvəlki Ali lideri Ayətullah Əli Xamenei, həyat yoldaşı Zəhra Həddad Adel və ailəsinin bir sıra üzvlərinin həlak olduğu bildirilir.

Bildirilir ki, hücumlar zamanı Xameneinin oğullarından biri, həmçinin bacısı, qayını və bəzi digər qohumları da həyatını itirib.

Ayətullah Əli Xameneinin müharibənin ilk günlərində həlak olmasından sonra İranın dini rəhbərliyi ilə bağlı proses sürətlənib və Müctəba Xamenei ölkənin yeni Ali lideri seçilib.

1969-cu ildə Məşhəd şəhərində anadan olan Müctəba Xamenei İranın uzun illərdir siyasi və dini dairələrində nüfuzlu fiqurlardan biri hesab olunur. O, dini təhsilini Qum şəhərində alıb və xüsusilə İnqilab Keşikçiləri ilə yaxın əlaqələri ilə tanınır.

Rəsmi dövlət vəzifəsi tutmasa da, Müctəba Xamenei uzun müddətdir İranın daxili siyasətində təsirli şəxslərdən biri kimi qiymətləndirilir və atası Əli Xameneinin mümkün varislərindən biri kimi göstərilirdi.

Medianews.az

Bizə qoşulun