Medianews.az
İran səfiri Azərbaycan haqda
106 baxış

İran səfiri Azərbaycan haqda görün nə dedi

“İran çətin anlarda dostlarının dəstəyinə və əməkdaşlığına güvənir və Ermənistanla İran uzun müddətin dostlarıdır”.

Musavat.com bildirir ki, bunu İran səfiri Xəlil Şirqolami İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. 
“Nəticə etibarilə bütün çətin günlər geridə qalır, amma biz həmişə bir-birimizin yanındayıq və bir-birimizi dəstəkləyirik. İndiyə qədər verilən bütün başsağlığı və dəstək sözləri üçün minnətdarlığımı ifadə edirəm”, - Şirqolami deyib. Diplomat, həmçinin, bildirib: “Əminəm ki, İranın zəifləməsi və Allah eləməsin, məğlubiyyəti Ermənistana da ziyan vuracaq”.

Azərbaycanla münasibətlərə gəldikdə, səfir Bakının İsraillə əlaqələrini nəzərə aldığını, lakin Azərbaycanın da İrana qonşu ölkə olduğunu və rəsmi Tehranın bütün qonşularla yaxşı münasibətlər saxlamaq istədiyini vurğulayıb.

“Əgər hər hansı bir yerdə İran əleyhinə elementlər varsa, iki ölkə arasındakı münasibətlərdə problem yaratmamaq üçün onlara nəzarət edilməli və idarə olunmalıdır”, - Şirqolami əlavə edib.

Səfirin “anti-İran elementləri” haqda cümləsi nəyə işarədir? Başqa yandan, İranın zəifləməsi niyə Ermənistanın zərərinə olacaq ki? Bununla nəyə işarə vurur?

Politoloq Züriyə Qarayevanın Musavat.com-a bildirdiyinə görə, eyhamlı danışmaq və siyasi replikalar vermək bir növ İranın Ermənistandakı səfirlərinin adətidir. Onun sözlərinə görə, iranlı diplomatlar bu şakərdən əl çəkmirlər və bir çox hallarda Bakıdakı səfirlərlə mövqeləri uzlaşmır: "Şirqolamidən əvvəl də keçmiş səfir Sobhani Azərbaycan əleyhinə gecə-gündüz bəyanatlar verirdi. Yeni səfir isə daha ehtiyatlı danışmağa çalışıb. Amma yenə də atmacasını başa düşmək çətin deyil. Görünür ki, İrəvana çatan kimi iranlı səfirlər özlərini Ararat Mirzoyanın işçisi kimi hiss edirlər. Ancaq bu, bizi narahat etmir. Azərbaycanın mövqeyi tam aydındır və son hadisələrdə də dövlət öz münasibətini bildirib. Yəni Prezident İlham Əliyev Pezeşkiana başsağlığı verdi, xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə əlaqə saxladı və Tehrana da, İran xalqına da bir daha məlum oldu ki, Azərbaycan belə günlərdə qonşusundan üz çevirmir".

İsrail İrana hücum edəcək, amma… | KONKRET

Z.Qarayeva hesab edir ki, baş verənlər İran üçün dərsdir, dostu və düşməni tanımaq imtahanıdır: "Ona görə də səfir Şirqolami yaxşı olardı ki, ritorikasını Tehranla dəqiqləşdirsin. Hazırda İranla münasibətlər inkişafdadır, Azərbaycan heç zaman qonşusuna qarşı siyasət yürütməyib, bu proseslərdən sonra da əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Məncə, səfir Ermənistanda oıarkən təsir altına düşməməlidir və diplomat soyuqqanlığını qorumalıdır.
Digər tərəfdən isə İranı narahat edən elementlərin heç biri bizdən qaynaqlanmır. Əgər Zəngəzur dəhlizinə görə bir narazılıq varsa, birbaşa Ermənistana deyilməlidir. Çünki Trampın adını daşıyacaq yola nəzarətin amerikalılara verilməsinə İrəvan razılaşıb. Bu mənada, İrəvandakı iranlı səfirlər həmişə haqqı qoyub, nahaq danışırlar".

Bizə qoşulun