Medianews.az
İrana qarşı hücumlar davam edəcək -
119 baxış

İrana qarşı hücumlar davam edəcək - Netanyahu

Benyamin Netanyahu İranın müqavimətini qırdıqlarını açıqlayaraq, İsrailin hücumlara davam edəcəyini bildirib.

Medianews.az-ın məlumatına görə o, məqsədlərinin İran xalqını “rejimdən xilas etmək” olduğunu iddia edib.

Netanyahu həmçinin İsrailin beynəlxalq mövqeyində dəyişiklik əldə etdiklərini və müdafiənin hücumdan önəmli olduğunu vurğulayıb.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail Təh­rana qarşı hərbi əməliyyatlar həyata keçirib. İran isə İsrail və ABŞ-ın regional bazalarına, eləcə də bəzi Körfəz ölkələrində müəyyən edilmiş hədəflərə cavab zərbələri endirib. Hücumlar nəticəsində Əli xamenei və bir çox yüksək vəzifəli şəxs ölüb. İran rəsmilərinin məlumatına görə, əməliyyatlarda ümumilikdə 1332 nəfər həlak olub.

 Medianews.az

Bizə qoşulun