Medianews.az
İranda 7 ABŞ hərbçisi
115 baxış

İranda 7 ABŞ hərbçisi ölüb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ və İsrailə qarşı hücumları nəticəsində həlak olan ABŞ hərbçilərinin sayının yeddiyə çatdığını açıqlayıb.

Medianews.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, qurumun bəyanatına görə, sonuncu ölən əsgər 1 martda Səudiyyə Ərəbistanındakı ABŞ bazasına hücum zamanı ağır yaralanan 26 yaşlı çavuş Benjamin Penninqton olub.

Pentaqon Penninqtonun Kentukki ştatından olduğunu və aldığı xəsarətlər səbəbilə həyatını itirdiyini bildirib.

Rəsmi məlumatda ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlarının davam etdiyi vurğulanır. 

Bizə qoşulun