Mayın 21-də İranın Hormozqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.
Məlumata görə, 13:26-da meydana gələn yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil.//Bakues.az