Medianews.az
İranın İsrailə endirdiyi zərbələr nəticəsində
160 baxış

İranın İsrailə endirdiyi zərbələr nəticəsində iki nəfər həlak olub

İsrailin Milli Tibbi Xidməti ölkənin mərkəzində İranın hücumu zamanı iki nəfərin öldüyünü bildirib.

Bu barədə tibbi xidmətin "Telegram" kanalında məlumat verilib.

"Ramat Qandakı hadisə yerində tibb işçiləri ağır qəlpə yaraları alan bir kişi və bir qadının ölümünü təsdiqləyiblər", - deyə paylaşımda qeyd olunub.

Bundan əlavə tibbi yardım maşınının artilleriya atəşi nəticəsində zədələndiyi də bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrindən (SAXAL) İrandan raket hücumuna dair məlumat paylaşılıb.

"Axtarış və xilasetmə xidmətləri İsrailin bir neçə ərazisində işləyirlər. Orada dağıntıların olması barədə məlumatlar var. Əhaliyə bu ərazilərdə toplaşmaqdan çəkinmək tövsiyə olunur", - deyə SAXAL-dan bildirilib.

Bundan başqa İsrail Dəmir Yolları şirkəti Tel-Əvivdəki mərkəzi Savidor dəmir yolu stansiyasında dağıntıların olduğu barədə məlumat yayıb. Qatarların hərəkəti dayandırılıb./oxu.az

Bizə qoşulun