İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei səhhəti yaxşıdır və ölkədəki vəziyyətə tam nəzarət edir.
Medianews.az "Report"-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"İnqilab liderinin səhhəti yaxşıdır və vəziyyətə tam nəzarət edir", - deyə İranın baş diplomatı vurğulayıb.
O, İranda vəziyyətin sabit olduğunu və dövlət qurumları və ya ordu daxilində heç bir fikir ayrılığı olmadığını vurğulayıb.
Qeyd edək ki, "Al-Jarida" nəşri Müctəba Xameneinin yaralı vəziyyətdə Rusiyaya aparıldığa barədə yazıb.