Medianews.az
İsrail Livan cənubunda yaşayış məntəqələrini hədəfə aldı:
117 baxış

İsrail Livan cənubunda yaşayış məntəqələrini hədəfə aldı: 1 milyon mülki əhali...

İsrail ordusu “Hizbullah”la mübarizə məqsədilə Livanın cənubunda “tampon zona” yaratmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Medianews.az xəbər verir ki, orduya sərhədə yaxın yaşayış məntəqələrini dağıtmaq səlahiyyəti verilib. Nəticədə bölgədən 1 milyondan çox mülki əhali köç etmək məcburiyyətində qalıb.

Məlumata görə, əvvəlcə İsrail hava qüvvələri və topçuları intensiv bombardman həyata keçirib, daha sonra isə 91-ci diviziyası cənub-şərqdə yerüstü əməliyyatlara başlayıb. Həmçinin 146-cı ehtiyat diviziya cənub-qərbinə yerləşdirilib, 36-cı diviziya isə Rab əl-Talatin bölgəsində hücumlar həyata keçirir.

Təl-Əvivin qərarına görə, bu hərbi addım Livan hökumətinə qarşı təzyiq vasitəsi kimi də istifadə olunacaq.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 martdan bəri İsrail hücumlarında 850 nəfər ölüb, 2 105 nəfər yaralanıb. Afət İdarəsi isə zorla köç etdirilənlərin sayının 830 min nəfəri keçdiyini açıqlayıb.

Hücumlar həm hava, həm də dəniz yolu ilə davam edir və İsrailin cənubdakı işğalı genişləndirmək niyyətinin olduğ açıqlanıb.

Medianews.az

Bizə qoşulun