Medianews.az
İsrail Livanla heç bir razılaşmaya
116 baxış

İsrail Livanla heç bir razılaşmaya getməyəcək

İsrail "Hizbullah"ın yəhudi dövlətinə qarşı hücumları dayandırmayana qədər Livan hökuməti ilə heç bir razılaşmaya getməyəcək.

Bu barədə "Al-Monitor" portalı məlumat yayıb.

Bildirilib ki, İsrail Livan nümayəndələri ilə birbaşa danışıqlarda maraqlıdır. Lakin "Hizbullah" yəhudi dövlətinə hücumları davam etdiyi müddətcə hər hansı bir razılaşmanın əldə olunması mümkün deyil.

Xatırladaq ki, bir müddət əvvəl Livan prezidenti İsraillə birbaşa danışıqlara hazır olduğunu bildirmişdi.

Fransa Prezidenti Emmanuel Makron isə Parisin iki tərəfin danışıqlarına öz ərazisində ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb./oxu.az

Bizə qoşulun