Medianews.az
İsrail raketi TIR-ı vurdu:
96 baxış

İsrail raketi TIR-ı vurdu: Türkiyəli sürücü öldü

İranda avtomobilinə raket dəyməsi nəticəsində ağır yaralanan 29 yaşlı türk TIR sürücüsü Hüseyn Fırat altı gün davam edən müalicədən sonra həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə martın 5-də Hüseyn Fıratın Türkiyəyə qayıdarkən İranda olduğu vaxt baş verib.

Məlumata görə, Hatayın Reyhanlı rayonundan olan sürücü İstanbuldan Əfqanıstana apardığı yükü çatdırdıqdan sonra Türkiyəyə qayıdırdı. O, atası Coşkun Fıratın da daxil olduğu 15 türk yük maşını sürücüsü ilə birlikdə İrana daxil olmuşdu.

Qəzvin əyalətindən keçərək Zəncan istiqamətində hərəkət edərkən Fıratın idarə etdiyi yük maşını İsraildən atıldığı iddia edilən raketin hədəfinə çevrilib. Hücum nəticəsində yük maşını alovlanıb.

Yaralı vəziyyətdə avtomobildən çıxarılan Hüseyn Fırat təcili olaraq Zəncan xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsində müalicə altına alınıb. Digər türk sürücülərinin isə hücumdan sağ-salamat xilas olduqları bildirilib.

Altı gün reanimasiyada qalan Fıratın bu gün vəfat etdiyi açıqlanıb. Onun cənazəsinin doğulduğu Hatayın Reyhanlı rayonuna gətiriləcəyi gözlənilir.

Sürücünün anası Hayriyyə Fırat daha əvvəl verdiyi açıqlamada oğlunun vəziyyətinin ağır olduğunu bildirərək müalicəsinin Türkiyədə aparılmasını istədiyini demişdi. Onun sözlərinə görə, Hüseyn Fırat İranın Təbriz şəhəri yaxınlığında raket hücumuna məruz qalmış və vəziyyəti kritik idi.

Medianews.az

İsrail füzesiyle vurulan Türk TIR şoförü hayatını kaybetti

İsrail füzesiyle vurulan Türk TIR şoförü hayatını kaybetti

Bizə qoşulun