Medianews.az
İsveçrə diplomatları İrandan Azərbaycana təxliyə olunub
84 baxış

İsveçrə diplomatları İrandan Azərbaycana təxliyə olunub

İsveçrə diplomatlarının İrandan Azərbaycana təxliyəsi həyata keçirilib.

İsveçrənin İrandakı diplomatik nümayəndəliyinin üç əməkdaşı sərhədi keçərək, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar./"Report"

Bizə qoşulun