Medianews.az
İt gəzdirərək yüksək qazanc -
134 baxış

İt gəzdirərək yüksək qazanc - Sosial şəbəkədə mübahisə doğuran paylaşım - FOTO

Türkiyədə it gəzdirərək aylıq 150 min lirə (təminən 5760 manat) qazandığını iddia edən bir şəxsin paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Medianews.az xəbər verir ki, o, bu məbləği İstanbulun Etilər bölgəsində it gəzdirərək qazandığı ilə bağlı paylaşım edib.  

Paylaşımda bildirilib ki, saatlıq xidmət haqqı 1500 lirədir (təminən 58 manat) və gündə 4 it gəzdirildiyi halda aylıq gəlir 150 min lirəyə çata bilər.

Həmin şəxs əlavə edib ki, bu işdə əlavə xərclər, vergi və ya digər ödənişlər yoxdur, əsas “kapitalı” isə vaxtıdır. O, bəzi gənclərin hələ də ixtisas üzrə iş və ya təcrübə tapa bilmədiyini vurğulayaraq, “oxumayın, varlı məhəllələrdə iş axtarın” fikrini səsləndirib.

Qısa müddətdə yayılan paylaşım xüsusilə gənclər arasında peşə seçimi və gəlir gözləntiləri ilə bağlı müzakirələri gücləndirib.

Medianews.az

Bizə qoşulun