Yazıçı-publisist, “Ulduz” jurnalının şöbə redaktoru Hicran Hüseynova vəfat edib. Mərhumun həyat yoldaşı, tanınmış jurnalist Rövşən Hacıbəyli Medianews.az-a deyib ki, dəfn mərasimi Saatlının Azadkənd kəndində, hüzr mərasimi Bakıda olacaq.
Füzuli rayonundan olan Hicran Hüseynova uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Rövşən Hacıbəyli və Hicran Hüseynova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir qrupda təhsil alıblar, 1992-ci ildə ailə qurublar. Onların iki övladı var.
Rövşən Hacıbəyli Azərbaycan Xalq Cəbhəsinin İnformasiya Mərkəzinin əməkdaşı olub, “Azadlıq” qəzetində məsul katibin müavini, informasiya şöbəsinin müdiri, məsul katib, redaktor müavini, baş redaktor, redaktor postlarını tutub. Azadliq.info saytının redaktorudur.
Medianews.az