Medianews.az
Kardioloq: Peçenye xərçəng riskini
90 baxış

Kardioloq: Peçenye xərçəng riskini artırır

Kardioloq Xose Abelyan səhər yeməyində peçenye qəbul etməyin sağlamlığa ciddi zərər verdiyini bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, bu məhsul tam qida sayıla bilməz və müxtəlif xəstəliklərə, həmçinin xroniki iltihaba səbəb olur.

Həkim vurğulayıb ki, peçenye yemək xərçəng riskini artırır, həmçinin orqanizmdə qlükozanın səviyyəsini kəskin yüksəldir. Bu isə ürək-damar və immun sisteminə mənfi təsir göstərir. Abelyan əlavə edib ki, peçenye ilə doymaq mümkün olmadığından, səhər yeməyində yalnız bu məhsulu qəbul etmək sonradan həddindən artıq yeməyə gətirib çıxarır.

Medianews.az

Bizə qoşulun