Medianews.az
Kaya Kallas:
102 baxış

Kaya Kallas: Azərbaycan dəyərli və etibarlı enerji tərəfdaşıdır

Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.

Medianews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu fikri Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas söyləyib.

Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsinin ortaq strateji maraqlara uyğun olduğunu bildirən Kaya Kallas Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə də danışıb: “Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş mina təmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq”.

Bizə qoşulun