Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfərə gəlir.
Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında məlumat dərc edilib.
Məlumata görə, səfər mayın 5-də baş tutacaq.
Məlumatda bildirilib ki, Kallas səfər çərçivəsində bir sıra ikitərəfli danışıqlar aparacaq, o cümlədən Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşəcək./APA
04.05.2026, 12:07
118
baxış
Nailə