Uzun müddət keçməyən bel ağrısı bəzən sadəcə əzələ gərginliyi kimi qəbul edilə bilər.
Medianews.az bildiri ki, lakin mütəxəssislər bu ağrıların bədən tərəfindən verilən ciddi xəbərdarlıq olduğunu deyirlər.
Ən çox görülən səbəblər arasında masa arxasında uzun müddət oturma, hərəkətsizlik və bel fəqərələri arasında disklərin yer dəyişməsi ilə ortaya çıxan bel yırtığı var. Bu vəziyyət sinirlərə təzyiq göstərərək ayaqlara qədər yayılan ağrılara səbəb ola bilər.
Daha az bilinən, lakin diqqət tələb edən xəstəliklərdən biri də ankilozan spondilitdir. Xüsusilə gənc yaşda başlayır, səhərlər artan bel ağrısı və tutuluqla müşayiət olunur, müalicə edilməzsə omurğada daimi zədələr yarada bilər.
Bəzi hallarda isə bel ağrısının səbəbi daxili orqanlarda ola bilər, məsələn, böyrək daşı və ya böyrək infeksiyaları belin yan hissələrində davamlı ağrıya yol açır.
Xüsusilə uzun müddət davam edən, ayaqlara yayılan, uyuşma və sızıldama ilə müşayiət olunan ağrılar, gecə oyanmağa səbəb olan ağrılar, ani çəki itkisi, hərarət və ya sidik problemləri mütləq diqqətə alınmalıdır.
Medianews.az