Medianews.az
Keçmiş modelin ayağı qırıldı - Xəstəxanaya yerləşdirildi
60 baxış

Keçmiş modelin ayağı qırıldı - Xəstəxanaya yerləşdirildi (ANBAAN VİDEO)

Türkiyəli keçmiş model və aktrisa Sevda Demirel İstanbulda yaşadığı qəza nəticəsində xəstəxanaya yerləşdirilib. Maçka Parkında yıxılan Dəmirəlin ayağını sındırdığı bildirilib.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı yaxınlıqdakı vətəndaşlar Dəmirələ kömək edib.

Ağrı içində yerdə qalan keçmiş modelin panik anları mobil telefon kameralarına da əks olunub.

Daha sonra xəstəxanaya aparılan Sevda Dəmirəlin müalicəsi zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda onun müğənni dostu Hazal Sönmez ilə dialoqu diqqət çəkib.

Hazal Sönməzin “Evdə pişikləri yemləyəcəyəm” sözlərinə əsəbiləşən Dəmirəl: “Hara gedirsən? Əməliyyat olunacağam. Tək qalmalıyam?” – deyə reaksiya verib.

Sevda Dəmirəl daha sonra açıqlamasında həkimlərin ayaq biləyini yerinə salarkən huşunu itirdiyini bildirib:

“Həkim ayağımı yerinə salarkən çox ağrı çəkdim. Ağrıdan huşumu itirdim”, – deyə o bildirib.

Qeyd olunub ki, Dəmirəl qəza zamanı Maçka Parkına küçə pişiklərini yemləmək üçün gedibmiş. Hazırda onun səhhətinin yaxşı olduğu açıqlanıb.

Sosial mediada tənqid olunan Hazal Sönmez isə məsələ ilə bağlı açıqlama verərək yanlış anlaşıldığını deyib:

“Sevdanın pişiklərindən danışırdım. Əməliyyat olacaqsa, pişiklərini yoxlayıb geri qayıtmaq istəyirdim”, – deyə müğənni bildirib.


 

 

Bizə qoşulun