Medianews.az
Neftimiz 8 gündə nə qədər ucuzlaşıb?
159 baxış

Neftimiz 8 gündə nə qədər ucuzlaşıb?

Mayın 8-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 105,55 dollara satılır.

Medianews.az bildirir ki, bu, ayın siftəsindən 16,71 dollar aşağı qiymətdir.

Neft bazarı fevralın 28-dən bəri ABŞ və İsraillə İran arasında gərginlik dalğasında ləngərləyir.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26 dollarla başlayıb.

Medianews.az

Bizə qoşulun