Rusiyada 44 yaşlı bir kişi qadını zorla zirzəmidə saxladığı üçün məhkum edilib.
Medianews.az xəbər verir ki, hadisə 25 oktyabr 2024-cü ildə İrkutsk vilayətinin Meqe qəsəbəsində baş verib.
Kişi və qadın şəxsi evdə spirtli içki qəbul etdikdən sonra qadın evinə getmək istəyib. Lakin ev sahibi buna icazə verməyib və aralarında mübahisə yaranıb.
Münaqişə zamanı kişi qadına bir neçə dəfə zərbə endirib, onu hədələyib və daha sonra zorla zirzəmiyə salaraq qapını kilidləyib. Qadın kişi yuxuya getdikdən sonra zirzəmidən çıxa bilib və polisə müraciət edib.
Məhkəmə onu 5 il müddətinə azadlıqdan məhrum edib.
Medianews.az