Medianews.az
Niyə paltarlar yuyulduqdan sonra çirkli qalır? -
125 baxış

Niyə paltarlar yuyulduqdan sonra çirkli qalır? - SƏBƏB

Mütəxəssislər bildirirlər ki, paltaryuyan maşında yuyulan paltarların çirkli qalmasının əsas səbəblərindən biri barabanın həddindən artıq doldurulmasıdır.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, yükləmə miqdarı birbaşa yuma keyfiyyətinə təsir edir. Maşının barabanı çox dolduqda paltarlar sərbəst hərəkət edə bilmir, nəticədə yuyucu vasitə və su bütün səthlərə tam çatmır.

Baraban elə olmalıdır ki, paltarlar sərbəst şəkildə hərəkət edə bilsin və əl rahatlıqla içəridə dolaşsın.

Həmçinin qeyd olunur ki, qalın parçalar, dəsmallar və yorğanlar kimi əşyalar su çəkdikdə daha da ağırlaşır və daha az yüklə yuyulmalıdır. Əks halda yuma prosesi düzgün getmir.

Mütəxəssislərə görə, paltaryuyanı həddindən artıq doldurmaq həm kir və yuyucu vasitə qalığına səbəb olur, həm də cihazın daha tez köhnəlməsinə gətirib çıxarır. Bunun əlamətləri isə paltarlarda ləkələrin qalması, həddindən artıq qırışlar ola bilər.

Medianews.az

Bizə qoşulun