Medianews.az
 Futbolsevərlərin gözlədiyi xəbər gəldi:
190 baxış

Futbolsevərlərin gözlədiyi xəbər gəldi: Şakira geri döndü - VİDEO

2010-cu il dünya çempionatının məşhur “Waka Waka”, 2014-cü ilin isə “La La La” mahnıları ilə yadda qalan kolumbiyalı müğənni Şakira 2026 FIFA Dünya Çempionatı üçün yeni rəsmi mahnısını açıqlayıb.

Medianews.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundialın himni (Dünya Çempionatının rəsmi mahnısı) “Dai Dai” adlanır.

Mahnı nigeriyalı ifaçı Burna Boy ilə duet şəklində hazırlanıb.

Şakiranın sosial media paylaşımında mahnının 14 may tarixində yayımlanacağı qeyd olunub. Yeni bəstə futbol azarkeşləri arasında artıq böyük maraq yaradıb.

Medianews.az

Bizə qoşulun