Medianews.az
Pudinq yeyərək dünyanı gəzdi -
105 baxış

Pudinq yeyərək dünyanı gəzdi - FOTO

ABŞ-də Devid Fillips adlı şəxs bir şirniyyat şirkətinin kampaniyasından istifadə edərək böyük həcmdə hava yolu mili toplayıb və nəticədə dünyanı pulsuz səyahət edib.

Mil hava yolu şirkətlərinin sərnişinlərə verdiyi və sonradan pulsuz uçuş və digər səyahət xidmətlərində istifadə olunan bonus xallarıdır.

Medianews.az xəbər verir ki, 1999-cu ildə marketdə alış-veriş edərkən kampaniyanı görən Fillips, hər 25 sentlik puding üçün 100 uçuş mili verildiyini müəyyən edib.

O, bu fürsətdən istifadə edərək təxminən 12 min 150 puding alıb və bunun üçün 3 140 dollar xərcləyib.

Daha sonra o, aldığı məhsulların barkodlarını xeyriyyə təşkilatı ilə əməkdaşlıq edərək şirkətə göndərib. Nəticədə ona 1,25 milyon uçuş mili verilib. Bu miqdar onun dəfələrlə Avropa və ABŞ arasında uçuş etməsinə imkan yaradıb.

Şirkət uğurlu iştirakına görə Fillipsə əlavə olaraq “ömürlük Gold status” da təqdim edib. Bu status ona prioritet uçuş, endirimlər və əlavə üstünlüklər qazandırıb.

Bundan başqa, o, bağışladığı məhsullara görə vergi güzəşti də əldə edib və ümumi xərclərdən sonra bu “kampaniya macərası” ona çox az maliyyətə başa gəlib.

Medianews.az

Bizə qoşulun