Medianews.az
İstanbulda kişiləri hədəf alan qadının
102 baxış

İstanbulda kişiləri hədəf alan qadının GÖRÜNTÜLƏRİ yayıldı

Türkiyənin İstanbul şəhərində mağaza işçilərini narahat etdiyi iddia edilən qadının yeni görüntüləri sosial şəbəkələrdə yayılıb.

Medianews.az xəbər verir ki, kadrlarda qadının zərgərlik mağazasına daxil olaraq kişi mağaza sahibinə yaxınlaşdığı və onu zorla öpməyə çalışdığı görünür.

Görüntülər qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub.

İddialara görə, eyni qadın daha əvvəl də İstanbulun müxtəlif bölgələrində yerləşən mağazalarda kişi işçilərə qarşı oxşar hərəkətlər edib.

Sosial media istifadəçiləri hüquq-mühafizə orqanlarını məsələ ilə bağlı tədbir görməyə çağırıblar. Bildirilir ki, zərərçəkən mağaza sahiblərinin şikayətləri əsasında hadisə ilə bağlı hüquqi prosedurların başlanması istiqamətində iş aparılır.

Medianews.az

Bizə qoşulun