Medianews.az
İndoneziyada vulkan püskürdü: 20 alpinist köməksiz qaldı -
148 baxış

İndoneziyada vulkan püskürdü: 20 alpinist köməksiz qaldı - VİDEO

İndoneziyanın Halmahera adasında yerləşən Dukono vulkanının püskürməsindən sonra 20 alpinist bölgədə köməksiz vəziyyətdə qalıb.

Medianews.az xəbər verir ki, Şimali Maluku əyalətində yerləşən vulkan yerli vaxtla səhər saatlarında aktivləşərək göyə təxminən 10 kilometr hündürlüyə kül püskürüb.

Hadisədən sonra əraziyə genişmiqyaslı xilasetmə qrupları göndərilib.

Rəsmilər köməksiz qalan şəxslərdən 9-nun Sinqapur vətəndaşı olduğunu açıqlayıb. Alpinistlərin təxliyəsi üçün polis dəstəkli əməliyyat davam edir.

Hakimiyyət orqanları əhalini kraterə 4 kilometrdən artıq yaxınlaşmamağa çağırıb.

Güclü yağış halında vulkanik palçıq axını riskinin olduğu da bildirilib.

Medianews.az

Bizə qoşulun