“Mən kinoittifaqın üzvüyəm. Özü də lap çoxdan. Amma nə gedirəm, nə də ki, gəlirəm. Çünki orada səmimilik görmürəm. Kinoittifaqda hər kəs özü üçün çalışır. Ora gələn istəyir ki, öz yerini bərkitsin. Ad çəkmək istəmirəm, amma öz xeyirlərinə nəsə etmək istəyirlər. Kino üçün, kino işçiləri üçün çalışanlar yoxdur. Mən qarışmıram. Sədrin kim olmasının mənə aidiyyatı yoxdur, əsas odur ki, kino üçün nəsə etsinlər. Çəkilişlər düzəlsin, bu sahə qaydasına düşsün”
Bunu Medianews.az-a açıqlamasında Əməkdar artist Zemfira Sadıqova deyib. 
O daha sonra aktrisaların plastik əməliyyat etdirməsinə münasibət bildirib:
“Mənim ixtiyarım yoxdur deyim ki, aktrisa əməliyyat etdirməlidir ya yox! O insanın özündən, daxilindən asılıdır. Özünə inanan, güvənən sənətkar hansı yaşda olursa-olsun göz qabağında olacaq.. Göz oxşayacaq. Əlbəttə ki, əgər sənəti varsa.. Aktrisalar da var ki, üzünün cizgilərini dartdırır, düzəldir, gözəl və cavan görünmək istəyir. Axı hər yaşın öz gözəlliyi var! O zaman belə çıxır ki, sən özünə güvənmirsən?! Əgər bir sənətkar kimi özünə, gözəlliyinə arxayınsansa sənin əməliyyata ehtiyacın yoxdur. Bu yenə də deyirəm şəxsi seçimdir. İnsanın özündən asılıdır. Mən bir Zemfira kimi deyirəm ki, əgər sənətkar özünə arxayındırsa əməliyyata ehtiyac yoxdur. İstəyir 16 yaşın olsun, istəyirsə 96. Nə var odur. Sənin için, daxilin yüksək səviyyədədirsə, o qocalığa qədər səni gözəl saxlayacaq. Mən özümü gözəl hesab etmirəm. Hətta mənə “siz necə də gözəlsiz” deyəndə utanırdım, elə bilirdim ki, bu sadəcə komplimentdir. Yaxud da bilərəkdən belə deyirlər ki, mən kompleks yaşayım. Ola bilər ki, bir az içim təmizdir, heç kimə paxıllıq və pislik etmirəm. Ondan buna nəsə çatdırmıram, qeybət etmirəm. Ona görə də 87 yaşımda belə qalmışam”.
Əli Əsgər
Medianews.az

25.06.2026, 09:56
207
baxış
TURAN
“Heç kimə paxıllıq etmirəm, ona görə 87 yaşımda belə qalmışam” - “Dəli Kür”-ün MƏLƏYİndən ETİRAF
Paylaş: