Medianews.az
Koubek məğlubiyyətdən sonra
91 baxış

Koubek məğlubiyyətdən sonra danışdı

Çexiya milli komandasının baş məşqçisi Miroslav Koubek qrup mərhələsinin 3-cü turunda Meksika yığmasına 0:3 hesabı ilə məğlubiyyəti və turnirlə vidalaşmasını şərh edib.

Medianews.az-ın məlumatına görə, Koubek bildirib ki, bu dünya çempionatı onlara çox şey öyrədib: “Biz şimizi davam etdirməli və belə səviyyədə çıxış etməyə qadir daha çox futbolçu yetişdirməliyik. Əminəm ki, bir sıra dəyişikliklərdən sonra nəticələrimiz daha yaxşı olacaq. Milliyə ən güclü oyunçuları dəvət edəcəyəm. Qrupumuzun aşkar favoriti Meksika idi. Cənubi Koreya və Cənubi Afrika Respublikasına qarşı daha yaxşı oynamalı idik.”

Çexiya millisi A qrupunu sonuncu – dördüncü pillədə başa vurub. Meksika və Cənubi Afrika Respublikası 1/16 finala vəsiqə qazanıb. Cənubi Koreya isə 3 xalla üçüncü yeri tutaraq pley-off mərhələsinə yüksəlmək şansını qoruyub saxlayır.

Medianews.az

Bizə qoşulun