Medianews.az
Ərinin meyitini parçalayıb 15 il soyuducuda
149 baxış

Ərinin meyitini parçalayıb 15 il soyuducuda gizlətdi

Yaponiyanın Kobe şəhərində 50 yaşlı qadın keçmiş ərinin cəsədini 15 il ərzində dondurucuda saxladığı üçün həbs edilib.

Medianews.az Lent.az-a istinadən xəbər verir ki, qadın keçmiş ərinin cəsədini hissələrə ayıraraq, evindəki dondurucuda saxlayıb.

İstintaqın məlumatına əsasən, kişi 2011-ci ildə vəfat edib. Qadın isə onun ölümündən bir il sonra sadələşdirilmiş prosedur əsasında rəsmi şəkildə boşanıb. Yaponiya qanunvericiliyinə görə, tərəflər arasında qarşılıqlı iddia olmadıqda, hər iki tərəfin imzası ilə bələdiyyəyə ərizə təqdim etməklə nikahın pozulması mümkündür.

Dindirilmə zamanı o, ərinin ölümü ilə bağlı hadisədə iştirak etmiş ola biləcəyinə işarə edən ifadələr də verib. Hazırda hüquq-mühafizə orqanları onun ölümün başverməsində rolunun olub-olmadığını araşdırır.

Bizə qoşulun