Medianews.az
Metro sərnişinlərinin nəzərinə:
118 baxış

Metro sərnişinlərinin nəzərinə: Sabah qrafik yenilənir

26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.

Medianews.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

"28 May–Əhmədli" sahəsində və əks istiqamətdə pik saatlarda qatarlar arasında interval 2 dəqiqə 30 saniyə təşkil edəcək. 

"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti şənbə gününün qrafikinə uyğun tənzimlənəcək. Bənövşəyi xətdə, "Əhmədli–Həzi Aslanov" mənzilində isə hərəkət şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq.

Sərnişin sıxlığı yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq, stansiyalarda nəzarət tədbirləri gücləndiriləcək.

Bizə qoşulun