Medianews.az
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru-Hökumətinin sədri ilə görüşdü
88 baxış

Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru-Hökumətinin sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.

Medianews.az xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.

Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.

Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi ayrıca qeyd olunub.

Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.

Bizə qoşulun