Medianews.az
İtalyansayağı saç yumanın sirri açıldı:
100 baxış

İtalyansayağı saç yumanın sirri açıldı: 4 qızıl QAYDA

Dünyanın ən məşhur stilistlərindən biri Rossano Ferretti italyansayağı saç yumanın əsas sirlərini bölüşüb.

Medianews.az xəbər verir ki, italyan qadınlarının nəsildən-nəslə ötürülən bu xüsusi üsulları saç dərsinin daha təmiz, saçların isə daha gur və sağlam olmasını təmin edir.

Ekspert möhtəşəm nəticə üçün 4 qızıl qaydaya əməl etməyi məsləhət görür:

  1. Şampunu 5 xüsusi nahiyəyə çəkin: Şampunun bərabər paylanması və ideal təmizlik üçün onu başın 5 nöqtəsinə — ön saç xəttinə, təpə hissəyə, sağ və sol tərəflərə, eləcə də ənsəyə çəkmək lazımdır.
  2. Masaj edin: Şampunu vurduqdan sonra barmaq ucları ilə dairəvi hərəkətlərlə baş dərisini yavaş-yavaş masaj etmək vacibdir.
  3. İki dəfə yuyun: Maksimal təmizlik və effektivlik üçün saçları mütləq iki dəfə şampunlamaq lazımdır.
  4. Tələsməyin: Saç yuyarkən tələsmək olmaz. Çirklər təmizləndikdən sonra saçları bol su ilə tamamilə arındırana qədər yaxalamaq şərtdir.

Medianews.az

Bizə qoşulun