Milliyyətcə erməni olan Robert Uilyam ABŞ-nin Kaliforniya ştatının Qlendeyl şəhərinə polis rəisi təyin edilib.
Medainaews.az xəbər verir ki, təyinat iyunun 23-də reallaşıb.
Robert Uilyam Qlendeyldə bu vəzifəni tutan ilk ermənidir.
Soyadı erməni soyadı olmasa da, Robertin atası da, anası da ermənidir və özünün dediyinə görə, evdə həmişə ermənicə danışıblar.
Robert Uilyamın harada doğulduğu haqda internetdə məlumat yoxdur. Sadəcə olaraq onun ailəsinin bir müddət Ermənistanda və Yaxın Şərqdə yaşadığı, ABŞ-yə 1980-ci ildə - Robertin 8 yaşı olanda köçdüyü bildirilir.
8 yaşından ABŞ-də yaşayan Robert Uilyam 2003-cü ildən polis sistemində işləyir. 2020-ci ildən sonra Qlendeyl polisində müxtəlif bürolara rəhbərlik edib, 2025-ci ilin sentyabrından polis rəisinin müavini olub. 2026-cı ilin yanvarından polis rəisi səlahiyyətlərini icra edib.