Medianews.az
 Paşinyan: Xankəndidə
107 baxış

Paşinyan: Xankəndidə bunu deməsəydim...

Ermənistan Baş naziri Nikol Paşinyan 2019-cu ildə Qarabağla bağlı səsləndirdiyi qalmaqallı bəyanatı barədə danışıb.

Medianews.az xəbər verir ki, bu barədə o, brifinqdə jurnalistlərin suallarına cavab olaraq bildirib.

Paşinyan deyib ki, heç vaxt öz sözlərinə görə məsuliyyətdən yayınmayıb, vaxtilə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini onlarla dəfə şəxsən özü xatırladıb:

“Həmin bəyanatın nəticəsində indiki mərhələyə gəlib çatdıq və bu, yaxşı mərhələdir. Əgər mən bunu deməsəydim, hələ də həmin tələdə qalacaqdıq, əsir vəziyyətində yaşayacaqdıq, çünki baş verənlərin əsl mahiyyətini anlaya bilməyəcəkdik. Bütün bunlar xülyadır, bizə elə gəlirdi ki, guya Qarabağ bizim idi, onu “itirmişik”. Əslində Ermənistanın özünü itirmək təhlükəsi ilə üz-üzə idik”./Globalinfo.az

Bizə qoşulun