Medianews.az
Meyvə şirələrinin zərərləri
114 baxış

Meyvə şirələrinin zərərləri AÇIQLANDI

Mağazalarda satılan meyvə şirələri hər kəs üçün uyğun deyil və bəzi hallarda sağlamlığa ciddi mənfi təsir göstərə bilər.

Medianews.az xəbər verir ki, bu barədə həkim-dietoloq və endokrinoloq Anton Polyakov danışıb. 

Mütəxəssisin sözlərinə görə, bu növ içkilərin ən böyük mənfi xüsusiyyəti tərkibində sadə şəkərlərin həddindən çox olmasıdır. Məhz bu səbəbdən şəkərli diabet, insulin dirənci (rezistentliyi), gestasion diabet və digər karbohidrat mübadiləsi pozuntuları olan şəxslər bu içkilərə qarşı xüsusilə diqqətli olmalıdırlar.

Həkim problemin kökünü belə izah edib: "Meyvə şirələri sadə şəkərlərlə zəngin içkilərdir. Sadə şəkərlər isə karbohidrat mübadiləsinə son dərəcə mənfi təsir göstərir". 

Polyakov vurğulayıb ki, əsas təhlükə meyvənin özündə deyil, bir qablaşdırmanın daxilindəki şəkərin həddindən artıq miqdarındadır. Ekspert həmçinin alıcıları məhsulların tərkibini diqqətlə oxumağa çağırıb. Onun sözlərinə görə, qablaşdırmanın üzərindəki cəlbedici adlar heç də həmişə içkinin real tərkibini əks etdirmir.

Medianews.az

Bizə qoşulun